“Roland Qarros” ən gənc rekordçunu aşkar etdi

İdman

04.06.2025 16:20

Dünya reytinqinin ikinci nömrəsi, 21 yaşlı amerikalı tennisçi Kori Qauff “Roland Qarros” turnirində 25-ci qələbəsini qazanaraq əfsanəvi Martina Hingisin rekordunu təkrarlayıb.

TodayPress TV xəbər verir ki, isveçrəli raketka ustası nailiyyətə 1995–2000-ci illərdə nail olmuşdu.

Qauff “Böyük Dəbilqə” seriyalı Fransa Açıq Çempionatının 1/4 final mərhələsində həmyerlisi Medison Kizi 3 setdə məğlub edib – 6:7 (6:8), 6:4, 6:1.

Nəticədə Qauff “Roland Qarros” turnirində 25-ci qələbəsini qazanaraq, göstəriciyə ən gənc yaşda çatan tennisçi olub.

Yarımfinal mərhələsində Korinin rəqibi rusiyalı Mirra Andreeva ilə fransız tennisçi Lois Buasson arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Qeyd edək ki, Kori Qauff 2023-cü ildə ABŞ Açıq Çempionatının qalibi olub. 2022-ci ildə isə o, “Roland Qarros”un finalında polşalı İqe Şvyöntekə uduzub.

Namiq HUN

tag: Rekordçu,Tennis,Oyun,Roland Qarros,Todaypress.tv,