“Real” PSJ-i qabaqladı
İdman
05.06.2025 12:20
Madridin “Real” klubu Argentina təmsilçisi “River Pleyt”in 17 yaşlı hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuononun transferini rəsmiləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və transfer insayderi Nikolo Skira sosial şəbəkə “X”də məlumat yayıb.
Transferin dəyəri 45 milyon avro təşkil edəcək. Mastantuono ilə “Real” arasında imzalanan müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Daha əvvəl mətbuatda gənc futbolçunun PSJ ilə ilkin razılıq əldə etdiyi və 2026-cı ildə Paris təmsilçisinə keçəcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, 2019-cu ildən “River Pleyt” akademiyasında olan Mastantuono əsas komandada 2024-cü ildən çıxış edir. O, ötən müddət ərzində 61 oyunda iştirak edərək 10 qol vurub və 7 məhsuldar ötürmə verib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir. “Transfermarkt” saytına görə onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Real,Klub,Müqavilə,Futbol,Todaypress.tv,