Qvardiola Rodriqonun transferini istəyir

İdman

13.08.2025 09:44

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola, “Real Madrid”in braziliyalı vingeri Rodriqo Qoesin transferinə müsbət baxır. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə “X”də məlumat yayıb.

Bildirilir ki, “şəhərlilər” Rodriqonu, komandanın cinah hücumçusu Savionun yerinə əsas namizəd kimi nəzərdən keçirir. Savio “Tottenhem” klubunun maraq dairəsindədir.

“Real” Rodriqonun gedişinə mane olmayacaq, əgər o, özü bunu istəyərsə. “Kral klubu” Rodriqo üçün 100 milyon avro tələb edəcək.

Qeyd edək ki, son mövsüm 24 yaşlı futbolçu bütün turnirlərdə 54 oyuna çıxaraq 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Real”la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. Transfermarkt portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.

Namiq HUN

tag: Qvardiola,Rodriqo,Transfer,Klub,Todaypress.tv,