PSJ yenidən tarix yazmağa hazırlaşır

İdman

18.10.2025 09:29

PSJ klubu “Barselona”nın 18 yaşlı cinah hücumçusu Lamin Yamalı transfer etmək niyyətindədir. 

TodayPress TV Goal.com nəşrinə istinadən xəbər verir ki, bu keçid futbol tarixinin yeni rekorduna çevrilə bilər.

Yamalın “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir və sövdələşmədə 1 milyard dollarlıq transfer maddəsi yer alır. Buna baxmayaraq, Paris təmsilçisi 2017-ci ildə Neymarın 257 milyon dollara alınması ilə qoyduğu dünya rekordunu yeniləyə biləcək təklif üzərində düşünür.

PSJ nümayəndələri artıq ilkin danışıqlar aparsalar da, klubun rəsmi şəxsləri hələlik hər hansı təklifin mövcudluğunu inkar edirlər. 

Medianın məlumatına əsasən, mümkün transfer məbləği 277 milyon dollara çata bilər.

Qeyd edək ki, Lamin Yamal cari mövsüm “Barselona”nın heyətində iştirak etdiyi 5 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Namiq HUN

TodayPress TV

tag: Lamin Yamal,PSJ,Transfer,Təklif,Todaypress.tv,