2030-cu il dünya çempionatı 64 komanda ilə keçirilə bilər

İdman

24.09.2025 09:20

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2030-cu il dünya çempionatının 64 komandadan ibarət keçirilməsinə hazırdır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.

Bildirilir ki, FIFA Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mundialın rekord səviyyədə genişləndirilməsi ilə bağlı təklifini dəstəkləyəcək. Turnir 16 qrupdan ibarət olacaq və hər qrupda 4 komanda çıxış edəcək. Pley-off mərhələsinə isə hər qrupun iki ən yaxşı komandası yüksələcək.

Dünya çempionatının oyunları İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Mundialın üç qrupunun bütün oyunları Cənubi Amerikada, digər qarşılaşmalar isə Avropa və Afrikada baş tutacaq.

Xatırladaq ki, FIFA daha əvvəl dünya çempionatının iştirakçı sayını 32-dən 48-ə qaldırıb. 2026-cı il mundialı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Çempionat,Klub,Oyun,Todaypress.tv,