Postekoğlu uğursuz çıxış ilə bağlı suala sərt cavab verdi
İdman
07.10.2025 12:02
“Nottingem Forest”in baş məşqçisi Angelos Postekoğlu komandanın uğursuz çıxışı ilə bağlı jurnalistin sualına sərt şəkildə cavab verib.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
Premyer Liqanın VII turunda “Nottingem Forest” səfərdə “Nyukasl”a 0:2 hesabı ilə uduzub.
Mətbuat konfransında jurnalist Postekoğluya “Əgər sizə vaxt verilsə, vəziyyəti düzəldə biləcəksinizmi?” sualını ünvanlayıb. Baş məşqçi əvvəlcə istehzalı şəkildə cavab verib:
“Xeyr, xeyr, bu ümid¬siz haldır.”
Daha sonra o, ciddiləşərək əlavə edib:
“Çətinliklərdə nə pislik var? Niyə hər şey bizə gözəl bəzəkdə təqdim olunmalıdır?
Mən əminəm ki, sənin valideynlərinin də həyatda çətinlikləri olub, elə deyilmi? Amma onlar təslim olmayıblar. Bəlkə, sən də bir vaxtlar ümid¬siz görünürdün, amma onlar ümidlərini itirmədilər, düzdür?
Mən səni incitmək istəmirəm, amma demək istəyirəm ki, bu günlərdə nəsə qaydasında getməyəndə hamı dərhal düşünür ki, bu, pisdir. Biz bu düşüncəni dəyişəcəyik.
Əgər nəyisə düzəltmək istəyirsənsə, bu yolda çətinliklər olacaq. Bu mənim üçün tanış vəziyyətdir.”
Qeyd edək ki, Nunu Eşpiritu Santu əvəz edildikdən sonra Angelos Postekoğlunun rəhbərliyi altında “meşəçilər” iki dəfə heç-heçə edib və beş məğlubiyyət alıblar.
Namiq HUN
tag: Nottingem Forest,Angelos Postekoqlu,Sual,Cavab,Todaypress.tv,
