Portuqaliya finala yüksəldi
İdman
05.06.2025 09:03
UEFA Millətlər Liqasında final mərhələsinin oyunları keçirilir.
TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda Almaniya və Portuqaliya milliləri qarşılaşıb.
Münhen “Alyans Arena”sında baş tutan görüş Bundestimin üstünlüyü ilə başlasada, sonda qələbəni portuqaliyalı futbolçular bayram ediblər 2:1.
Meydan sahiblərinin yeganə qolunu matçın 48-ci dəqiqəsində Florian Virts vurub. Portuqaliya millisi 63-cü dəqiqədə Fransişku Konseysanın qolu ilə oyunda status-kvonu bərpa edib. Matçın yekun nəticəsini isə 68-ci dəqiqədə Kriştianu Ronaldu müəyyən edib.
Portuqaliya millisi finalna İspaniya - Fransa cütünün qalibi ilə qarşılaşacaq. İyunun 5-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qalibi iyunun 8-də məlum olacaq. Eyni gündə turnirin bürünc mükafatçısının da adına aydınlıq gələcək.
Namiq HUN
tag: UEFA ,İdman,Almaniya,Fidan,Portuqaliya,todaypress.tv,
 
        
 
                                ![[[Klublararası DÇ:]] Avropa klublarından inamlı start](/uploads/news/684fa73b93dc5.webp) 
                                            ![Azərbaycanlı hakim [[Avropa çempionatına]] təyinat aldı](/uploads/news/682eaf530f11c.webp) 
                                             
                                            ![Çempionlar Liqasında [[final həyəcanı]]](/uploads/news/683a9b12c4471.webp) 
                                            ![UEFA [[Fliki]] bağışladı](/uploads/news/68c5540d61f16.webp) 
                                            ![[[Avropa Liqası:]] 3 futbolçu bombardir titulunu bölüşdü](/uploads/news/682ec84bd843d.webp) 
                                            ![“Sabah”ın [[avrokuboklardakı rəqibi]] bilindi](/uploads/news/68517156d18d7.webp) 
                                            ![UEFA-dan [["Barselona" və "Çelsi"yə]] ağır cəza](/uploads/news/686830c89b61c.webp) 
                                            ![[[“Qarabağ”]] səfərdə "Atletik"ə məğlub oldu](/uploads/news/68f92a4fdf759.webp) 
                                            ![Rafael Urazbaxt [[“Qarabağ”dan]] danışdı](/uploads/news/68cb9ebc3db4e.webp) 
                                            