Patrik Andrade məhkəmə qarşısına çıxdı

İdman

20.06.2025 12:23

Serbiyanın “Partizan” klubu “Qarabağ”ın sabiq futbolçusu Patrik Andradedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

TodayPress TV xəbər verir ki, şikayət CAS-a 2024-cü ildə ünvanlanıb.

Dinləmələr iyunun 17-də olub. Müraciətin səbəbi və məhkəmənin qərarı açıqlanmayıb.

Qeyd edək ki, Patrik Andrade ilk dəfə “Qarabağ”da 2020-ci ilin avqustundan 2022-ci ilin iyulunadək çıxış edib. Sonradan o, azad agent kimi “Partizan” klubuna keçib. 2022/2023 mövsümündə Andrade Belqrad komandasında 26 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bir daha 2023-cü ilin iyulunda yenidən Ağdam klubuna transfer olunub və onunla 2 illik müqavilə bağlanıb. İyunun 11-də futbolçunun başa çatan sözləşməsinin müddəti uzadılmayıb. Hazırda Patrik Andrade klubsuzdur.

(Teleqraf.az)

Namiq HUN

tag: Patrik Andrade,Məhkəmə,Klub,Futbolçu,Todaypress.tv,