“Nyukasl” futbolçusunu Seulda unutdu
İdman
06.08.2025 09:34
“Nyukasl Yunayted” futbol klubu əsas komandanın sol cinah müdafiəçisi Mett Tarqetti Cənubi Koreyanın Seul şəhərində təsadüfən unudub.
TodayPress TV xəbər verir ki, bu barədə klubla yaxın əlaqələri olan jurnalist Frensis Çipp sosial şəbəkə “X”də məlumat yayıb.
Bildirilib ki, “Nyukasl” yay təlim-məşq toplanışını Seulda keçirib və Böyük Britaniyaya qayıtdıqdan sonra 29 yaşlı futbolçunun heyətdə olmadığı aşkarlanıb. Sonradan məlum olub ki, Tarqett Seulda qalıb.
Klub nümayəndələri futbolçunun təhlükəsiz olduğunu və yaxın zamanda xüsusi reyslə komandanın düşərgəsinə qayıdacağını təsdiqləyiblər.
Qeyd edək ki, Mett Tarqett 2022-ci ildən “Nyukasl Yunayted”də çıxış edir. O, son mövsüm bütün turnirlərdə 7 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Nyukasl,Klub,Futbolçu,Seul,Todaypress.tv,