“Nottingem Forest” mövsümün ən yaxşısı ilə müqavilə imzaladı

İdman

21.06.2025 11:05

İngiltərənin “Nottingem Forest” klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə müqaviləni 2028-ci ilə qədər uzatdığını rəsmi olaraq elan edib.

TodayPress TV xəbər verir ki, “Forest” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında 2024/2025 mövsümünü Premyer Liqada 7-ci pillədə başa vuraraq 29 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 

Komanda sonuncu dəfə Avropa turnirində 1995/1996 mövsümündə iştirak edib.

51 yaşlı Eşpiritu Santu son mövsüm üç dəfə - oktyabr, dekabr və mart aylarında Premyer Liqada ayın ən yaxşı baş məşqçisi adına layiq görülüb. O, mövsüm ərzində bu mükafatı ən çox qazanan mütəxəssis olub.

Qeyd edək ki, Nunu Eşpiritu Santu 2023-cü ilin dekabrında “Nottingem Forest”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 68 oyun keçirib.

Namiq HUN

tag: Nottingem Forest ,Klub,Müqavilə,Məşqçi,Todaypress.tv,