Nikolás Harri: “Kaş mənə də Sinnerə olduğu kimi yanaşardılar”

İdman

06.08.2025 17:41

Dünyanın 100-cü raketka sahibi, çilili tennisçi Nikolás Harri dopinq qaydalarının pozulması ilə bağlı işi ilə İtaliyanın reytinq sıralamasının lideri olan tennisçisi Yannık Sinnerin işini müqayisə edib. 

TodayPress TV “TennisUpToDate” nəşrinə istinadən xəbər verir ki, tennisçi ictimaiyyətin və təşkilatların ona münasibətindən narazılığını bildirib.

“Mən bunu həmişə demişəm. Sadəcə istəyirəm ki, mənə də eyni cür yanaşsınlar. Çünki Yannikin vəziyyəti mənimkindən çox da fərqli deyildi, amma nəticələr tamamilə fərqli oldu. Qərarların verilmə sürəti, ATP və medianın dəstəyi mənim yaşadıqlarımla eyni deyildi,” – Harri açıqlamasında deyib.

Xatırladaq ki, 2019-cu ildə Nikolás Harrinin orqanizmində liqandrol və stanozolol steroidlərinin metabolitləri aşkar edilib. Nəticədə tennisçi 11 ay müddətinə cəzalandırılıb. 

Sinner isə 2024-cü ilin mart ayında iki dəfə klostebol maddəsi üzrə müsbət dopinq testindən keçib və 2025-ci ildə 3 ay müddətinə diskvalifikasiya olunub.

Namiq HUN

tag: Nikolas Harri,Yannik Sinner,Dopinq,Cəza,Todaypress.tv,