“Neftçi” orta xətti gücləndirir

İdman

06.06.2025 12:50

“Neftçi” klubu yeni mövsüm üçün ilk transferini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D`Almeyda paytaxt təmsilçisinə keçib.

29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

D'Almeyda futbolda ilk addımlarını Fransanın “Bordo” klubunda atıb. 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib. Daha sonra “Barnsli”, “Blekpul”, “Yeovil” (hamısı İngiltərə), “Valensienn” (Fransa), “Tondela” (Portuqaliya) və “Pau FC”da (Fransa) klublarında top qovub. Futbolçunun son klubu “Apollon Limassol” (Kipr) olub.

Milli karyerasında 2015-ci ildən Benin yığmasında çıxış edən Sessi 34 matçda 1 qol vurub.

Afrikalı futbolçu Azərbaycanda keçirəcəyi hər mövsümə görə 250-300 min dollar qazanacaq. 

Almeyda daha çox forma şansı qazanacağına zəmanət aldığı üçün “Neftçi”ni seçib. 

(Sportinfo.az)

Namiq HUN

tag: Neftçi,Klub,Müqavilə,Futbol,Todaypress.tv,