“Neftçi” Abubakarla müqavilə bağladı

İdman

21.10.2025 17:53

“Neftçi” klubu futbolçu Vensan Abubakarla müqavilənin müddətini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu “Neftçi”də "45" nömrəli formada çıxış edəcək. Kamerun millisinin kapitanı ilə 1+1 illik müqavilə bağlanıb.

Abubakarın son klubu Türkiyə “Hatayspor”u olub. O, karyerası ərzində vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da forma geyinib. Forvard “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la isə Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Vensan Abubakar milli karyerasında 2017-ci ildə Afrika Kubokunu qazanıb. 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

Namiq HUN

TodayPress TV

tag: Neftçi,Abubakar,Müqavilə,Futbol,Todaypress.tv,