NBA tarixində görünməmiş geridönüş

İdman

22.05.2025 09:21

3

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 2024/25 mövsümünün pley-off mərhələsində “İndiana Peysers” klubu inanılmaz bir tarix yazıb.   

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında “Nyu-York Niks”ə qarşı oyunun başa çatmasına 2 dəqiqə 50 saniyə qalmış 14 xal geridə olan “İndiana Peysers” möhtəşəm geridönüş edərək 138:135 hesabı ilə qalib gəlib. 

Bu, NBA pley-off tarixində ilk belə haldır  Əvvəlki 970 matçda eyni ssenaridə qabaqda olan komanda həmişə qalib gəlib.

İndianapolis təmsilçisi bu seriyanı pozaraq bir ilkə imza atıb. 

“Indiana Peysers”in heyətində Halibörton (31 xal) və Nesmit (30 xal) xüsusilə son dəqiqələrdə və əlavə vaxtda komandalarını hesabda önə çəkən əsas fiqurlar olublar.   

Qeyd edək ki, “İndiana Peysers” Nyu-York qələbəsə ilə seriyada 1:0 önə keçərək NBA tarixində əsl əfsanəvi geridönüş ilə yadda qalıb.   

Namiq HUN

tag: NBA,Basketbol,Oyun,Matç,Todaypress.tv,