NBA: “Nyu-York Niks” yarımfinala yüksəldi
Nyu-York təmsilçisi ötən mövsümün çempionu “Boston Seltiks”i darmadağın edərək bu uğura imza atıb.
TodayPress TV xəbər verir ki, ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin 1/4 final seriyasının altıncı oyunu Nyu-Yorkun “Mədisson Skver Qarden” arenasında keçirilib.
Görüşdə meydan sahibi, “Nyu-York Niks” komandası “Boston Seltiks” üzərində (119:81) qələbə qazanaraq seriyanı 4:2 nisbətində xeyrinə başa vurub.
“Nyu-York Niks”in qələbəsində ən çox xal toplayan oyunçular O Cey Anunobi və Ceylen Branson pay sahibi olublar. Hər iki basketbolçu 23 xal toplayıb.
“Nyu-York Niks” Şərq Konfransının finalında “İndiana Peysers”lə qarşılaşacaq.
Xatırladaq ki, “Peysers” əvvəlki mərhələdə Şərqdə mövsümün lideri olmuş “Klivlend Kavalyers”i (4:1) mübarizədən kənarlaşdırıb.
Namiq HUN
tag: NBA,Liqa,Basketbol,Oyun,Todaypress.tv,