"Minnesota"dan tarixi qələbə
Milli Basketbol Assosiasiyasının (NBA) Qərb Konfransının üçüncü final qarşılaşmasında "Minnesota Timberwolves" "Oklahoma City Thunder" komandasını 143–101 hesabı ilə məğlub edərək seriyadakı vəziyyəti 1:2-yə gətirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
Komandanın lideri Antoni Edvard bu oyunda 30 xal toplayaraq "Timberwolves"un pley-off tarixindəki ən yüksək xal sayına imza atmasında əsas rol oynayıb.
Oyunda "Minnesota" 0:3-lük məğlubiyyət vəziyyətindən qaçmaq üçün motivasiyalı çıxış edərək erkən üstünlük qazanıb. Bu isə onlara oyun boyunca özünəinam verib. "Oklahoma City" isə heç cür oyuna daxil ola bilməyib.
"Minnesota" 55/96 atışla 57,3%, üç xallıq atışlarda isə 20/40 ilə 50% nəticə göstərib. "Oklahoma City" isə 35/86 atışla 40,7%, üç xallıqlarda isə 31,8% göstərici ilə zəif performans sərgiləyib.
Töhfə Səməd
tag: NBA,Qərb Konfransı,Minnesota ,Oklahoma City ,todaypress.tv,