“Milan” Konseysaunu istefaya göndərdi
İdman
30.05.2025 11:11
“Milan” klubu portuqaliyalı baş məşqçi Serjiu Konseysaunun vəzifəsindən azad edildiyini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
50 yaşlı mütəxəssis 2024-cü ilin 30 dekabrında “rossoneri”nin sükanı arxasına keçmişdi.
Konseysau “Milan” klubunu 31 oyuna çıxarıb. Milan təmsilçisi qarşılaşmaların 16-da qalib gəlib, 5-də heç-heçə edib və 10 dəfə məğlubiyyətlə barışıb. Komanda cari mövsümü 63 xalla 8-ci pillədə başa vurub. “Milan” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında İtaliya Superkubokunun qalibi olub.
İtaliya mətbuatının məlumatına görə, “Milan” artıq yeni baş məşqçi ilə razılığa gəlib. Komandanın sükanı arxasına yenidən Massimiliano Alleqrinin keçəcəyi gözlənilir. Onunla 2 illik müqavilə və əlavə 1 il uzadılma imkanı ilə razılaşma əldə edildiyi bildirilir.
Namiq HUN
tag: Milan,Klub,Baş Məşqçi,İstefa,Todaypress.tv,