MDB Oyunlarının növbəti günü 7 idman növündə yarışlar baş tutacaq
İdman
01.10.2025 09:15
III MDB Oyunlarının iştirakçıları bu gün 7 idman növündə qüvvələrini sınayacaqlar.
TodayPress TV xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Qəbələ şəhər stadionunda qırğızıstanlı futbolçularla münasibətlərinə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda stend atıcılığının “skeet” və “trap” növləri üzrə sonuncu təsnifat və final mərhələləri keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək.
Şəki Olimpiya İdman Kompleksində gimnastlar multi-idman oyunlarının mükafatları uğrunda mübarizəyə başlayacaq.
Yevlax Olimpiya İdman Kompleksində boks üzrə 48 kq, 52 kq, 57 kq, 60 kq, 66 kq, 80 kq və +80 kq çəki dərəcələrində 1/4 final mərhələsinin görüşləri keçiriləcək.
III MDB Oyunlarının paytaxtı olan Gəncə şəhərinin İdman Sarayında isə üzgüçülük yarışı davam edəcək.
Namiq HUN
tag: MDB,İdman,Yarış,Atıcılıq,Todaypress.tv,
