Xabi Alonso: “Real”ın hər futbolçusundan faydalanmağa çalışacağam

İdman

25.08.2025 16:54

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso La Liqanın II turunda “Ovyedo” üzərində 3:0 hesablı qələbədən sonra komandasının heyətindəki dəyişikliklər barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Bütün qərarlar oyunun tələblərindən, yükdən və rəqibdən asılıdır. Növbəti ay üçün hələ yekun qərar verməmişəm. Əvvəlcə futbolçuların necə bərpa olunduğunu izləyəcəyəm və hər birinin özünü vacib hiss etməsini istəyirəm - istər əsas heyətdə, istər ehtiyatdan oyuna qoşulanda, istərsə də növbəti matça hazırlaşarkən. Bu, komandanın sabitliyi üçün çox önəmlidir.

Tur göstərdi ki, inkişafımız davam edir. İndi milli komandaların oyunları üçün fasilədən öncə “Malyorka” ilə görüşə hazırlaşacağıq. Komandada 20-yə yaxın futbolçumuz var və mən onların hər birindən maksimum faydalanmağa çalışacağam. Bəzən bir neçə dəqiqə də oynayıb komanda üçün vacib olmaq mümkündür. Vinisius bunu göstərdi. İstəyirəm ki, hər kəs komandaya öz töhfəsini versin. Bu, bizim üçün norma olacaq”, - deyə Alonso bildirib.

Namiq HUN

tag: Real Madrid,Xabi Alonso,Futbol,Açıqlama,Todaypress.tv,