MDB Oyunları: Stolüstü tennisçilərimizin qızıl medal şansı

İdman

29.09.2025 09:14

Stolüstü tennisçilərin Qəbələdə III MDB Oyunlarının mükafatları uğrunda mübarizəsi davam edir. 

TodayPress TV xəbər verir ki, bu gün 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.

Ötən gün isə Onur Quluzadə ilə Adil Əhmədzadə III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar. Həlledici görüşdə Rusiya cütü ilə qarşılaşan idmançılarımız gümüş mükafata layiq görülüblər. 

Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub. 

Qeyd edək ki, bu stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır. Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. 

Namiq HUN

TodayPress TV 

tag: İdman,MDB,Stolüstü,Tennis,Todaypress.tv,

photo