MDB Oyunları: Azərbaycanın çövkən yığması 2-ci qələbəsini qazandı

İdman

30.09.2025 13:53

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında ardıcıl ikinci qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, A qrupunda yer alan milli komanda Küveyt yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan komandasının (5:0) qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyunda Qırğızıstan yığması üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: III,MDB,Oyunları,Çövkən,Yarış,Qələbə,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo