Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

İdman

05.09.2025 14:17

Boks üzrə amerikalı dünya çempionları Mayk Tayson və Floyd Meyvezer arasında sərgi döyüşü keçiriləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.

Mənbənin məlumatına görə, döyüşün 2026-cı ildə baş tutması planlaşdırılır. Döyüşün dəqiq tarixi və yeri hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Mayk Tayson bloger Ceyk Paula qarşı döyüşüb və səkkiz raund davam edən görüşdə hakimlərin yekdil qərarı ilə uduzub.

Peşəkar karyerası ərzində Mayk Tayson 58 döyüş keçirib, 50 qələbə qazanıb (44-ü nokautla), 6 məğlubiyyəti var, 2 döyüş isə nəticəsiz sayılıb.

Floyd Meyvezer isə sonuncu dəfə 2021-ci ilin iyulunda bloger Loqan Paulla döyüşüb. Həmin sərgi qarşılaşmasında qalib müəyyən edilməsə də, statistik üstünlük Meyvezerdə olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mayk Tayson,Döyüş,Rinq,Floyd Meyvezer,Todaypress.tv,