“Mayami Hit”dən oğurluq edən şəxsə cinayət işi açıldı

İdman

06.08.2025 15:40

ABŞ-də 62 yaşlı Markos Tomas Peresə Amerika Basketbol Assosiasiyasının (NBA) “Mayami Hit” klubunun tarixi ilə bağlı olan əşyaların və suvenirlərin oğurlanması və satılması ilə əlaqədar rəsmi ittiham irəli sürülüb. 

TodayPress TV xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilir ki, o, əvvəllər “Mayami Hit” klubunda çalışıb və 2016–2025-ci illər ərzində NBA-in təhlükəsizlik xidmətində işləyib. 

Peres dəyəri milyonlarla dollarla ölçülən əşyaları, o cümlədən NBA ulduzu Lebron Ceymsə məxsus 400-dən çox oyun formasını oğurlamaqda şübhəli bilinir. Təkcə Lebron Ceymsin bir formasının satışından Peresin təxminən 100 min dollar gəlir əldə etdiyi ehtimal olunur.

Cinayətin miqyasına görə ABŞ-də idman kolleksiyaçılığı tarixində ən böyük oğurluq hadisəsi ola biləcəyi bildirilib.

Namiq HUN

tag: Mayami Hit,Market,Oğru,Həbs,Todaypress.tv,