“Mançester Siti” şərtini açıqladı

İdman

18.08.2025 15:20

“Mançester Siti” klubu “Real Madrid” və Braziliya millisinin hücumçusu Rodriqo Qoeslə maraqlanmaqda davam edir. 

TodayPress TV məşhur insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, “şəhərlilər” yalnız braziliyalı futbolçu Savio komandadan ayrıldığı halda Rodriqonu transfer edəcəklər. 

Hazırda “Siti” Savionun “Tottenhem”ə transferi ilə bağlı danışıqlar aparır, amma tərəflər hələ razılığa gəlməyib.

Rodriqo komandadan ayrılmaq istəsə, “Real” onun üçün 100 milyon avrodan yüksək məbləğ tələb edəcək.

Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 54 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır. Transfermarkt portalında 24 yaşlı futbolçunun bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir. 

Namiq HUN

tag: Mançester Siti,Real Madrid,Braziliya,Rodriqo Qoes,Todaypress.tv,