Mahir Emreli “Nürnberq”lə vidalaşdı

İdman

20.05.2025 09:10

“Nürnberq”dən ayrılan Azərbaycan millisinin üzvü Mahir Emreli "İnstagram" hesabında paylaşım edib.

TodayPress TV xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı alman dilində yazdığı vida mesajında qeyd edib: 

“Hər bir futbolçunun karyerasında elə klublar olur ki, onlar sadəcə yolun bir hissəsi olmur, insanın bir parçasına çevrilir. Mənim üçün “Nürnberq” məhz belə bir klub oldu.

Azərbaycanlı bir futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq böyük qürur mənbəyidir. Amma bundan da dəyərli şey yalnız meydanda olmaq deyil, əsl əfsanə olan Miroslav Kloze ilə çalışmaq imkanı idi. Bu, mənim uşaqlıq arzumun gerçəkləşdiyi an idi.

Əziz “Nürnberq” ailəsi, siz mənə güvəndiniz və mən də bu formanı hər dəfə geyindikdə, vurduğum hər qolda, apardığım hər mübarizədə sizi qürurlandırmağa çalışdım. Bu formanı yalnız bədənimdə deyil, qürurla ürəyimdə daşıdım. Çünki arxamda siz vardınız – əziz azarkeşlər!

Bu gün "Nürnberq"dən ayrılıram, amma arxa fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin döyüntüsünü eşidirəm. Və ürəyimdə isə heç vaxt unudulmayacaq bir sevgini daşıyıram...”

Qeyd edək ki, Mahir Emreli cari mövsüm II Bundesliqada meydana çıxdığı 24 oyunda 10 qol vurub. O, həmçinin Almaniya kuboku uğrunda matçda da fərqlənib. 

Namiq HUN

tag: Nürnberq,Azərbaycan ,Mahir Emreli,Avropa,todaypress.tv,