“Liverpul”un ulduzu faciəvi şəkildə həlak oldu

İdman

04.07.2025 00:46

“Liverpul”un və Portuqaliya millisinin üzvü Diogo Jota faciəvi şəkildə həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşrinin yaydığı məlumatda  qeyd olunub.

28 yaşlı futbolçu bu gün  İspaniyanın Zamora əyalətində avtomobil qəzası keçirib və qardaşı ilə birlikdə dünyasını dəyişib.

Nəşrin məlumatına görə, yol-nəqliyyat hadisəsi A-52 magistralının 65-ci kilometrliyində, Palasios-de-Sanabriya bələdiyyəsi ərazisində baş verib. Futbolçunun 26 yaşlı qardaşı Andre ilə birlikdə olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb.

Qeyd edək ki, bu il iyunun 22-də Jotanın toyu olmuşdu.

Jota daha çox “Liverpul”dakı çıxışları ilə tanınır. Bu klubun tərkibində o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dieqo 2020-ci ildən “qırmızılar”da çıxış edirdi. Portuqaliyalı futbolçu əvvəllər “Vulverhempton”, “Atletiko”, “Portu” və “Paços de Ferreyra” klubunun şərəfini qoruyub.

Jota Portuqaliyanın əsas milli komandasında meydana çıxdığı 49 oyunda 14 dəfə rəqib qapısına yol tapıb

Aynur TAC

tag: Liverpul, Portuqaliya, Diago Jota, Qəza, Ölüm, todaypress.tv,