Kirios uzun fasilədən sonra “Roland Garros”da iştirak edəcək
2022-ci ilin “Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirinin finalçısı, avstraliyalı tennisçi Nik Kirios “Roland Garros” turnirində cütlər kateqoriyasında yarışacaq.
TodayPress TV xəbər verir ki, bu barədə tennis üzrə ixtisaslaşmış “Punto de Break” nəşri məlumat yayıb.
Kirios “Roland Garros”da həmvətəni, 2024-cü il ABŞ Açıq (US Open) çempionatının cütlər kateqoriyasında qalibi olan Cordan Tompsonla birlikdə çıxış edəcək.
Nik, fərdi yarışın əsas mərhələsində iştirak etmək hüququna malik olsa da, müdafiə olunan reytinqlə bu imkandan imtina edib.
Qeyd edək ki, Nik Kirios Fransada təşkil olunacaq “Böyük Dəbilqə” turnirində 2017-ci ildən bəri ilk dəfə çıxış edəcək.
Tennisçi daha öncə dəfələrlə torpaq örtükdə yarışmağı sevmədiyini bildirib.
Xatırladaq ki, “Roland Garros” turniri mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək.
Namiq HUN
tag: Tennis,Nik Kirios,Oyun,Turnir,Todaypress.tv,