Jordi Alba: “Getmək üçün indi ən doğru zamandır”
İdman
11.10.2025 11:00
“İnter Mayami” klubunun müdafiəçisi Jordi Alba cari mövsümün sonunda futbolçu karyerasını başa vurmaq qərarını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
“Mən may ayında müqaviləni uzatmışdım, amma qərarı bundan xeyli əvvəl vermişdim - çox düşündüm, hər şeyi ölçüb-biçdim. Təxminən üç-dörd həftə əvvəl bu barədə həm klub, həm də yığmaya məlumat vermişəm. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm, lakin bu qərarın ən düzgün və ədalətli addım olduğuna inandım. Qərarı tamamilə özüm verdim, heç bir təzyiq olmayıb.
Hər bir insan fikrini dəyişə bilər. Mən başa düşdüm ki, artıq komandaya tam gücümlə kömək edə bilməyəcəyim bir vəziyyətə çatmışam. Belə halda getmək daha doğrudur. Hesab edirəm ki, indi bunun üçün ən münasib zamandır”, - Alba deyib.
Qeyd edək ki, 36 yaşlı ispaniyalı futbolçu karyerasının böyük hissəsini “Barselona”da keçirib və klubun “qızıl dövrü”nün simalarından biri olub.
Namiq HUN
tag: Jordi Alba,Karyera,Son,Vida,Todaypress.tv,
