Dünya çempionunda dopinq tapıldı
İdman
20.09.2025 11:25
Azərbaycanın MMA döyüşçüsü Nihad Quliyevin orqanizmində istifadəsi qadağan olunmuş meldonium preparatı tapılıb.
TodayPress TV Sportnet.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Test Agentliyi idmançını məlumatlandırıb.
Quliyev dopinq yoxlamasına iyunun 15-dən 22-dək Braziliyanın San Paulu şəhərində keçirilən dünya çempionatında cəlb olunub. O, həmin mindialda 74,9 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Hələlik MMA döyüşçüsü ilə bağlı qərar qəbul olunmayıb. Quliyev B probunun da açılmasını istəsə və bunun nəticəsində A probunun cavabı təsdiqlənsə, bu, antidopinq qaydalarının pozulması kimi təsdiqlənəcək. Hətta müəyyən zaman kəsiyində B probu tələb olunmasa belə, işə təsdiqlənmiş antidopinq qayda pozuntusu kimi baxılacaq.
Nihad Quliyev iyulun 31-dən qərar çıxarılanadək bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Namiq HUN
tag: Nihad Quliyev,MMA,Dopinq,Test,Todaypress.tv,