İspaniya Superkubokunun iştirakçıları bəlli oldu
Futbol üzrə İspaniya Superkubokunun bütün iştirakçıları və yarımfinal cütlükləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, turnirdə “Barselona”, Madridin “Real” və “Atletiko” klubları, eləcə də Bilbao “Atletik”i iştirak edəcək.
Adətən turnirdə La Liqanın ilk iki pilləsini tutan komandalar və İspaniya Kubokunun finalçıları iştirak edir.
Lakin “Barselona” və “Real” həm çempionatın ilk iki pilləsini tutduqları, həm də Kral Kubokunun finalında oynadıqları üçün, Superkuboka La Liqada 3-cü və 4-cü yerləri tutan komandalar, “Atletiko Madrid” və “Atletik” dəvət olunub. İlk yarımfinal matçında Madridin iki nəhəngi, “Real” və “Atletiko” üz-üzə gələcək.
Digər yarımfinalda isə “Barselona” ilə “Atletik” qarşılaşacaq. Turnir 2026-cı ilin yanvar ayında baş tutacaq.
2022-ci ildən bəri Superkubok oyunları Səudiyyə Ərəbistanında keçirilir.
Qeyd edək ki, turnirin son qalibi “Barselona”dır. Kataloniya təmsilçisi finalda “Real Madrid”i (5:2) məğlub etmişdi.
Namiq HUN
tag: İspaniya,Superkubok,İştirakçı,Klublar,Todaypress.tv,