Montiel avrokuboklardakı stabil çıxışı seçdi

İdman

07.08.2025 17:29

“Qarabağ” klubunun yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.

TodayPress TV xəbər verir ki, ispaniyalı yarımmüdafiəçiyə “Beytar” və “Aris”(Limassol) klublarından təklif gəlib.

Vinger “Qarabağ”a görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri qəbul etməyib. O, avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə məhz  “Qarabağ”da oynamağa üstünlük verib.

26 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

Joni Montiel “Rayo Valyekano” klubunun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. 

Qeyd edək ki, “Qarabağ” daha əvvəl Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.

(Sportal.az)

Namiq HUN

tag: Joni Montiel,Qarabağ,Klub,Transfer,Todaypress.tv,