İnzagi “Əl-Hilal”la danışıqlar aparır

İdman

26.05.2025 15:21

2

“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə baş məşqçi postu ilə bağlı danışıqlar aparır.   

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Patrik Berger sosial şəbəkə hesabı “X”də məlumat yayıb. 

“Əl-Hilal” hazırkı çalışdırıcı Jorje Jezuşun yerinə əsas namizəd kimi məhz italiyalı mütəxəssisi görür.

Ər-Riyad təmsilçisi onu dünyanın ən çox maaş alan baş məşqçisi etmək niyyətindədir.   

Tərəflər arasında hələlik rəsmi razılıq yoxdur. İnzagi danışıqları müvəqqəti dayandırıb. O, bütün diqqətini UEFA Çempionlar Liqasının finalına yönəldib. Yekun görüşlərin finaldan sonra keçirilməsi gözlənilir.  UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün final matçı mayın 31-də Münhendəki “Alyans Arena”da PSJ və “İnter arasında keçiriləcək.    Namiq HUN

tag: İnzagi,Əl Hilal,Danışıqlar,Klub,Todaypress.tv,