Davin Cəfərov qələbələrini sıralamaqda davam edir
İdman
27.08.2025 09:31
Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq “Easykart Portugal Trophy” turnirinin qalibi olub.
TodayPress TV xəbər verir ki, Davin uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci yeri tutub.
Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak edib.
Cəfərov oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da iştirak edəcək. O, qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.
Qeyd edək ki, kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyadan Formula 4-ə qatılmaq təklifi gəlib.
Namiq HUN
tag: Davin Cəfərov,Pilot,Qələbə,Turnir,Todaypress.tv,