Tofiq Musayev: “Titula gedən yolu sonra tam açıqlaması ilə deyəcəyəm”

İdman

18.06.2025 11:02

“Əlimdən gələni edəcəyəm ki, ölkəmizi yaxşı təmsil edim”.

TodayPress TV xəbər verir ki, bunu UFC döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

O, yarışa çox yaxşı hazırlaşdığını bildirib: 

“Sırf rəqibimə uyğun hazırlaşmışam. İnanıram ki, zəfər bizim olacaq. Bu yaş mənim üçün sadəcə, rəqəmdir. Yaşı düşünən üçün heç UFC-yə gəlməyin adı yoxdur”.

Tofiq Musayev layiqli rəqiblə qarşılaşacağını bildirib: 

“Mənə layiq rəqibdir. Heç vaxt zəif rəqiblə döyüşmək istəməmişəm. Rəqibi analiz etmişəm. O da bizi ciddi qəbul edir və etməlidir. Bir-birimizə layiq rəqiblərik. Qarşılaşmaya gəlincə, hər bir döyüşçünün öz planı var. Titula gedən yolu bu rəqibi keçəndən sonra tam açıqlaması ilə deyə biləcəyəm”.

Qeyd edək ki, Tofiq Musayev yüngül çəki dərəcəsində Mıktıbek Oralbayla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.

Namiq HUN

tag: Tofiq Musayev,UFC,MMA,Döyüş,Todaypress.tv,