“Trial Race 2025” yarışı başa çatdı - FOTOLAR
İdman
05.10.2025 23:10
5 oktyabr 2025 tarixində Qobu ərazisində keçirilən “Trial Race 2025” yarışı böyük maraq və həyəcanla başa çatdı.
TodayPress TV xəbər verir ki, gün ərzində 10:00-dan 16:00-a qədər davam edən yarış yüzlərlə tamaşaçı və 50-dən çox iştirakçı komandanın mübarizəsinə şahidlik etdi.
Tədbirin təşkilatçıları “DriveTrain” və “Forsaj Club”dur.
Belə ki, Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə həyata keçirilən yarış həm texniki cəhətdən, həm də təşkilati səviyyədə yüksək standartlarla yadda qaldı.
“Trial Race 2025” çərçivəsində iştirakçılar 6 müxtəlif kateqoriyada (STOCK, TYRE 1, TYRE 2, TYRE 3, PROTO və UTV) qüvvələrini sınadılar.
Mürəkkəb marşrutlar, çətin relyef və sürücülərin texniki bacarıqları tamaşaçılar üçün həyəcanlı anlar yaratdı.
Bildirilir ki, hər kateqoriyanın ilk 3 qalibi sertifikat, medallar və müxtəlif hədiyyələrlə təltif edildilər.
Tədbirdə diqqətçəkən bir sıra məqamlar da oldu:
– 50-dən çox off-road avtomobilinin iştirakı.
– Yüzlərlə izləyici və media nümayəndəsi.
– Təhlükəsiz izləyici zonaları və texniki dəstək komandaları.
– Gənclər arasında avtomobil idmanı mədəniyyətinin təşviqi.
– Azərbaycan turizminin və idman potensialının tanıdılması.
“Trial Race 2025” bir daha sübut etdi ki, Azərbaycan avtomobil idmanı sürətlə inkişaf edir və həm yerli, həm də beynəlxalq səviyyədə diqqət cəlb edir.
Qeyd edək ki, tədbirin nəticələri, qaliblər və ən maraqlı anlardan ibarət foto və video materiallar tezliklə “DriveTrain.az” və “Forsaj Club” sosial media səhifələrində paylaşılacaq.
tag: “Trial Race 2025” yarışı,“DriveTrain” ,“Forsaj Club”, Qobu,TodayPressTV,
