İkardinin qızları ataları ilə ünsiyyəti kəsdi

İdman

04.08.2025 09:20

“Qalatasaray” klubunun hücumçusu Mauro İkardinin qızları ataları ilə bütün əlaqələri kəsmək qərarına gəlib. 

TodayPress TV xəbər verir ki, bu barədə Laubfal.com nəşri məlumat yayıb.

İlk olaraq 9 yaşlı İzabella bu addımı atıb, ardınca isə 10 yaşlı Françeska da atasına qarşı eyni mövqe sərgiləyib. Franseska əlavə olaraq İkardi soyadını daşımaq istəmədiyini bildirib. O, atasının hazırkı həyat yoldaşının övladları ilə münasibətlərinə görə əziyyət çəkdiyini və atasını 10 yaşının qeyd olunması mərasimində iştirak etmədiyinə görə bağışlaya bilmədiyini bildirib.

Qeyd edək ki, Mauro İkardi 2025-ci ilin mart ayında qızlarının anası Vanda Nara ilə rəsmi şəkildə boşanıb. Boşanma sonrası cütlük bir neçə dəfə qalmaqallarla gündəmə gəlib. Məlumata görə, Vanda hətta keçmiş həyat yoldaşının təqibləri səbəbindən polisə şikayət ərizəsi ilə müraciət edib.

Namiq HUN

tag: Qalatasaray,İkardi,Qızlar,Münsaibət,Todaypress.tv,