Hyundai WRC-də iştirakını təsdiqlədi

İdman

01.08.2025 13:11

Hyundai komandası 2026-cı il mövsümündə də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) keçirdiyi Dünya Ralli Çempionatında (WRC) iştirakını davam etdirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Finlandiya mərhələsi ərəfəsində yayımlanan rəsmi press-relizdə əksini tapıb.

“Hyundai Motorsport”un FIA Dünya Ralli Çempionatında iştirakını 2026-cı ildə də davam etdirəcəyini təsdiqləməkdən məmnunuq. Bu qərar son yarışlardakı inkişafı və FIA-nın normativ dəstəyini əks etdirir. Bu, bizə Ralli1 avtomobilimizi daha da inkişaf etdirmək və yüksək səviyyədə rəqabətədavamlı qalmaq imkanı verir. Əlavə bir mövsüm bizə “Hyundai Motorsport”un gələcəyini daha əminliklə planlaşdırmağa şərait yaradacaq," – deyə komandanın rəhbəri Siril Abitebul bildirib.

Qeyd edək ki, daha əvvəl Hyundai komandasının ralli proqramını dayandıracağı ilə bağlı iddialar səslənmişdi. Hələlik Hyundai yalnız 2026-cı il mövsümündə WRC-də iştirakını təsdiqləyib. 2027-ci ildə qüvvəyə minəcək yeni texniki qaydalardan sonra komandanın gələcək planları isə hələlik qeyri-müəyyəndir.

Namiq HUN

tag: Hyundai ,WRC,İştirak,Təsdiq,Todaypress.tv,