PSJ Donnarumma ilə müqaviləni uzada bilmir
İdman
29.07.2025 18:00
Fransanın PSJ klubu qapıçısı Cianluici Donnarumma ilə yeni müqavilə imzalamaqda çətinlik çəkir.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı İtaliya millisinin üzvü ilə danışıqlar dalana dirənib və tərəflər razılığa gələ bilmirlər. Mövcud vəziyyətdən istifadə etmək istəyən “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” Donnarummanı heyətinə qatmaq niyyətindədir.
Müqavilənin uzadılmasında yaranmış qeyri-müəyyənlik fonunda PSJ rəhbərliyi “Lill” klubunun qapıçısı Lüka Şevalyeni transfer etməyi nəzərdən keçirir.
Donnarumma 2024/2025 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 43 qol buraxıb və 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Töhfə Səməd
tag: Fransa,PSJ ,Cianluici Donnarumma,Müqavilə,Todaypress.tv,