Güləşçilərimiz ənənəvi turnirdə iştirak edəcəklər
İdman
24.06.2025 14:36
Türkiyədə güləş üzrə Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçiriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan güləşçiləri iyunun 26-da start götürəcək ənənəvi Kocaeli turnirində hər 3 güləş növündə yarışacaqlar.
Yunan-Roma güləşi üzrə komandanın məşqçisi Elvin Mürsəliyevin rəhbərliyi altında Nihad Quluzadə (60 kq), Məhəmməd Şükürzadə (67 kq), Laçın Vəliyev və Cocu Səmədov (hər ikisi 87 kq), qadın güləşi üzrə milli komandanın böyük məşqçisi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq) və Birgül Soltanova (62 kq), sərbəst güləş üzrə məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında isə Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) mübarizə aparacaq.
Namiq HUN
tag: Güləş,Türkiyə,Yaşar Doğu,Vehbi Əmrə ,Todaypress.tv,