Bakıda İSU-nun Qran-Pri yarışı keçirilir
İdman
25.09.2025 09:00
Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Beynəlxalq Konkisürmə Birliyinin (ISU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışı davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan Qran-Pri yarışında 38 ölkədən 92 idmançı iştirak edir.
Qran-prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış ediblər.
Qadınların fiqurllu konkisürmə yarışında təmsilçimiz Arina Kaluqina 57.87 xalla 6-cı nəticə göstərib.
Turnirin nəticəsinə əsasən israilli idmançı Sophia Shifrin 61.57 xalla 1-ci, çinli fiqurlu konkisürən Yihan Wong 60.96 xalla 2-ci, cənubi koreyalı idmançı Hyewon Joo isə 3-cü olub.
Yarışın ikinci günündə kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər.
Namiq HUN
tag: Bakı,İSU,Qran-Pri,Yarış,Todaypress.tv,
