FIFA prezidenti Azərbaycanı təbrik etdi
İdman
03.10.2025 09:30
FIFA prezidenti Canni İnfantino İnstaqram hesabında Azərbaycan və Özbəkistanın 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək.
İlk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
“FIFA Şurasının Avropa və Asiyanı birləşdirəcək və idmanımızda ən parlaq gənc istedadı nümayiş etdirəcək tarixi turnir olan 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam.
Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə bu turnirin fantastik 25-ci buraxılışını və FIFA-ya üzv iki assosiasiyanın birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm", - Canni İnfantino paylaşımda bildirib.
Namiq HUN
tag: FİFA,Azərbaycan,Təbrik,Çempionat,Todaypress.tv,
