“Golden Boy” mükafatına namizədlər açıqlandı

İdman

16.10.2025 10:02

“Tuttosport” “Golden Boy” mükafatının finalçıları arasında iki türk futbolçu da var.

TodayPress TV xəbər verir ki, bunlar “Real Madrid”dən Arda Gülerlə  “Yuventus”un şərəfini qoruyan Kenan Yıldızdır.

Avropanın ən yaxşı gənc oyunçusuna təqdim edilən illik “Golden Boy” mükafatının finalçıları bunlardır: 

Pau Kubarsi (“Barselona”), Dezire Due və Uorren Zair-Emeri, Senni Mahulu (hamısı PSJ), Arda Gülər, Franko Mastantuono, Din Heysen (hamısı “Real Madrid”), Estevao, Yorrel Hato (hər ikisi “Çelsi”), Françesko Pio Espozito (“İnter”), Maylz Lyuis-Skelli, İtan Nvaneri (hər ikisi “Arsenal”), Kənan Yıldız (“Yuventus”), Jeovani Kenda (“Sportinq”), Leni Yoro (“Mançester Yunayted”), Niko O'Reyli (“Mançester Siti”), Elis Ben Segir (“Bayer Leverkuzen”), Viktor Froholdt (“Porto”), Lukas Berqvall, Arçi Qrey (hər ikisi “Tottenhem”), Mamadu Sarr (“Strasburq”), Cob Bellingem (“Borussiya Dortmund”).

Yekun siyahıya yaşı 21-dən aşağı olan 25 futbolçu daxildir.

Qalib Avropanın 50 jurnalistdən ibarət heyəti tərəfindən müəyyən olunacaq və noyabrda elan ediləcək.

Ötənilki qalib “Barselona” klubunun futbolçusu Lamin Yamal olub.

Namiq HUN

TodayPress TV

tag: Golden Boy,Mükafat,Namizəd,Açıqlama,Todaypress.tv,