Fransalı forvard “Real”dan ayrı düşdü
İdman
19.06.2025 17:46
Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.
TodayPress TV xəbər verir ki, “Real Madrid” klubunun rəsmi saytında yayılan məlumata görə, fransalı hücumçu Kilian Mbappe kəskin qastroenterit diaqnozu ilə ABŞ-də xəstəxanaya yerləşdirilib.
“Futbolçumuz Kilian Mbappe kəskin qastroenteritdən əziyyət çəkir və müvafiq analizlərdən keçməsi, eləcə də lazımi müalicəni alması üçün xəstəxanaya yerləşdirilib”, – deyə klubun açıqlamasında bildirilir.
Xatırladaq ki, 26 yaşlı hücumçu xəstəlik səbəbilə klublararası dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qarşı oyunu buraxıb. “Real” həmin qarşılaşmadan 1:1 hesablı heç-heçə edib.
“Real Madrid” mundial çərçivəsində iyunun 22-də Meksikanın “Paçuka” klubu ilə qarşılaşacaq.
Namiq HUN
tag: Mbappe,Real Madrid,Xəstəxana,Futbolçu,todaypress.tv,