“Formula-1” yarışını 12 min xarici turist izləyəcək

İdman

10.09.2025 10:02

“Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, ötən il tamaşaçıların 80 faizindən çoxunu xarici turistlər təşkil edib. “Formula-1”in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Qeyd edək ki, ötən il Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə dah iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun  biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının “Formula-1” yarışında mövqeyini daha da gücləndirir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Bakı,Azərbaycan,Turist,Todaypress.tv,qran-pri,