FIFA irqçilik ittihamı ilə iş açdı
İdman
25.06.2025 11:04
FIFA, klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən “Real Madrid” – “Paçuka” (3:1) matçında baş vermiş insidentə görə Meksika klubunun oyunçusu Qustavo Kabral barəsində intizam işi başladıb.
TodayPress TV FIFA-nın rəsmi bəyanatına istinadən xəbər verir.
Hadisə “Real”ın almaniyalı müdafiəçisi Antonio Rüdigerə qarşı yönəlmiş irqi xarakterli təhqirlə bağlıdır. Rüdiger oyunun sonunda baş hakimə Kabral tərəfindən irqçi ifadələr işləndiyini bildirib. Nəticədə görüş bir müddətlik dayandırılıb.
FIFA-nın açıqlamasında bildirilir:
“Matçın hesabatları və hadisənin qiymətləndirilməsi nəticəsində FIFA-nın İntizam Komitəsi “Paçuka” futbolçusu Qustavo Kabralın iştirakı ilə baş vermis insidentlə bağlı iş açıb”.
Qeyd edək ki, qarşılaşma iyunun 22-də baş tutub və “Real Madrid” 3:1 hesabı ilə qalib gəlib. Oyunun gedişində “kral klubu”nun oyunçusu Marko Asensio erkən qırmızı vərəqə ilə meydandan qovulsa da, madridlilər üstünlüyü əldən verməyiblər.
Namiq HUN
tag: FİFA,Real Madrid,Antonio Rudiger,Klub,Todaypress.tv,