“Sabah”ın U-11 komandasının Gürcüstan turu
İdman
12.06.2025 17:03
“Sabah”ın U-11 komandası Gürcüstanda keçirilən “Shota Cup” beynəlxalq futbol turnirində iştirak edib.
TodayPress TV xəbər verir ki, Arslan Quliyevin komandası Batumi turnirinin qrup mərhələsində “Golden Boys” (6:1), “Maxinjauri A” (1:2), “Dolphins Batumi” (3:1) və “Batusi” (3:1) komandaları ilə qarşılaşıb.
“Sabah” qrup mərhələsini 2-ci pillədə başa vurub. Yeniyetmə futbolçularımız 1/4 finalda “Kobuleti” komandası ilə qarşılaşıblar. Qolsuz heç-heçədən sonra qalib komanda penaltilər seriyasında məlum olub. “Sabah” lotoreyada rəqibinə məğlub olub.
Komandamız 5-8-ci yerlər uğrunda mübarizədə “Bombora Kobuleti”yə (5:1) və “Uqimerioni Tbilisi”yə (1:0) qalib gələrək “Shota Cup” turnirini 5-ci pillədə başa vurub.
(İdman.biz)
Namiq HUN
tag: Sabah,Gürcüstan ,U-11,Uqimerioni Tbilisi,todaypress.tv,