Fətəliyevanı Dünya kubokunun ikinci mərhələsində gürcüstanlı rəqib gözləyir

İdman

08.07.2025 17:40

Batumidə keçirilən şahmat üzrə qadınlar arasında Dünya kubokunun 1/32 final mərhələsində Azərbaycanın şahmatçısı Ülviyyə Fətəliyevanın rəqibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, ötən ilin Avropa çempionu olan Fətəliyeva bu mərhələdə Gürcüstan təmsilçisi Lela Cavaxişvili ilə qarşılaşacaq.

Gürcüstan təmsilçisi turnirin reytinqli iştirakçılarındandır və buna görə birinci mərhələdə oynamayıb.

Ülviyyə Fətəliyeva ilk mərhələdə Avstraliya təmsilçisi Jilin Janqı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu gün iki azərbaycanlı şahmatçı – Gövhər Beydullayeva və Gülnar Məmmədova 1/32 finala vəsiqə uğrunda tay-brek görüşləri keçirəcəklər. Onların rəqibləri müvafiq olaraq İranlı Anahita Zahedifar və kanadalı Yunşan Lidır.

tag: Şahmat,Ülviyyə Fətəliyeva,Rəqib,Turnir,Todaypress.tv,