Messi bombardirlər yarışında zirvəyə yüksəldi
İdman
25.09.2025 09:59
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi Şimali Amerika futbol liqası MLS-in bombardirlər siyahısında birinciliyi ələ keçirib.
TodayPress TV xəbər verir ki, argentinalı ulduz cari mövsümdə artıq 24 qol vurub.
“Nyu-York Siti” - “İnter Mayami” matçı Florida təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messi oyunda həm dubl edib, həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Bombardirlər yarışında ikinci pillədə “Los-Anceles”in Qabonlu hücumçusu Deni Buanqa (22 qol), üçüncü yerdə isə “Neşvill”in ingilis futbolçusu Sem Sarric (21 qol) qərarlaşıb.
Xatırladaq ki, Messi 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə qoşulub. O, ötən müddət ərzində bütün turnirlərdə 77 oyuna çıxaraq 66 qol vurub və 32 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Messi,İnter Mayami,Bombardir,Lider,Todaypress.tv,
