Luis Enrike: “İstəyirəm, Braziliya İspaniyanı izləsin”
Luis Enrike Karlo Ançelottiyə uğur arzulamayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike, Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib.
“Ançelottinin karyerasına bənzər bir məşqçi tarixdə olubmu, bilmirəm. Bu, açıq-aşkar inanılmaz bir yol idi. Amma nə Braziliya millisinin, nə də Ançelottinin uğur qazanmasını istəmirəm. Çünki istəyirəm, onlar İspaniyanı izləsin və arxada qalsınlar. Bununla belə, italiyalının Braziliya yığmasını çalışdırması maraqlı və ümidverici bir tandemdır”.
Qeyd edək ki, Luis Enrike 2018–2022-ci illərdə İspaniya milli komandasına rəhbərlik edib.
O, 2023-cü ilin yayından isə PSJ klubunu çalışdırır.
Namiq HUN
tag: Luis Enrike,PSJ,Karlo Ançelotti,Futbol,Məşqçi,Todaypress.tv,