“Əl-Nəsr” Pioli ilə yollarını ayırdı
İdman
25.06.2025 15:34
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçi Stefano Piolini istefaya göndərdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, 58 yaşlı mütəxəssis karyerasını yenidən İtaliyada davam etdirəcək.
Ər-Riyad təmsilçisi “Fiorentina”nın sükanı arxasına keçəcək məşqçiyə “Əl-Nəsr”lə əməkdaşlığa görə təşəkkür edib.
Artıq Piolinin “bənövşəyi” kluba gətirəcəyi futbolçu da məlumdur. Onun ilk transfer hədəfi Bosniya və Herseqovina millisinin təcrübəli hücumçusu Edin Dzekodur.
Qeyd edək ki, Stefano Pioli 2024-cü ilin sentyabrında “Əl-Nəsr”in baş məşqçisi təyin olunmuşdu. Klub onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatını 3-cü pillədə başa vurub. Təcrübəli çalışdırıcı daha əvvəl “Fiorentina” ilə yanaşı, İtaliyada “Bolonya”, “Latsio”, “İnter” və “Milan” kimi klublarda da fəaliyyət göstərib.
Namiq HUN
tag: Səudiyyə Ərəbistanı,Əl-Nəsr,Stefano Piolini,Todaypress.tv,
 
        
 
                                ![[[MDB Oyunları:]] Azərbaycan mövqeyini qorudu](/uploads/news/68e34cc9871c4.webp) 
                                            ![Boksçumuza [[24 aylıq]] cəza verildi](/uploads/news/686677b862eae.webp) 
                                            ![[[Cüdo üzrə]] Bakı birinciliyində ikinci günün qalibləri bəlli oldu](/uploads/news/68ee7eb0351c7.webp) 
                                             
                                            ![Tofiq Bəhramov adına Respublika Stadionu [[beynəlxalq assosiasiyaya üzv qəbul edildi]]](/uploads/news/686e7f8b70925.webp) 
                                            ![Azərbaycan komandası boks üzrə Dünya kubokunda [[16-cı oldu]]](/uploads/news/686b583ac28c9.webp) 
                                            ![Klopp [[“Roma”ya təyinat xəbərlərini]] təkzib etdi](/uploads/news/68316cf461506.webp) 
                                            ![[["Lion"un]] aşağı liqaya düşmə qərarı ləğv edildi](/uploads/news/686e961e647c9.webp) 
                                            ![[[NBA əfsanəsi:]] “Heç kim Cordanın etdiyini edə bilməzdi”](/uploads/news/68c573cf250ea.webp) 
                                            !["Formula 1" Azərbaycan Qran Prisinin qalibi [[müəyyənləşəcək]]](/uploads/news/68cf8a46a6108.webp) 
                                            